İki hərəkətsiz sarğac şəkildə göstərildiyi kimi yerləşdirilmişdir. Sarğacların birinə
qoşulan qalvanometr induksiya cərəyanının yarandığını göstərir. Bu hansı halda
mümkündür?
Təsvirə əsasən düz maqnitin qütblərini təyin edin.
Qapalı dördbucaqlı kontur elektromaqnitin qütbləri arasında şəkildə təsvir olunduğu
kimi hərəkət edir. Bu konturda induksiya cərəyanı yaranarmı? Nə üçün?
Sarğac bircins maqnit sahəsində irəliləmə hərəkətində olarsa, onda induksiya
cərəyanı yaranarmı? Nə üçün?
Düz maqnit qapalı kontura şəkildə təsvir olunduğu kimi yaxınlaşdırılır.
Konturda yaranan induksiya cərəyanının istiqamətini təyin edin.