2.14
Məlumdur ki, naqildə elektrik cərəyanının olması
üçün orada sərbəst yükdaşıyıcılar və onları
nizamlı hərəkət etdirən elektrik sahəsinin olması
zəruridir. Elektrik cərəyanının istiqamətini də
elektrik sahəsinin intensivliyi müəyyən edir. Belə
ki, metal naqillərdə sərbəst elektronların hərəkəti
elektrik sahəsinin intensivlik xətlərinin əksinədir,
lakin cərəyanın istiqaməti intensivlik xətlərinin
istiqaməti qəbul olunmuşdur.
Araşdırma
1
Lens təcrübəsi.
Təchizat: Lens qurğusu, sabit maqnit (düz və ya nalşəkilli).
Lens qurğusunun təsviri: qurğunun əsas hissəsi kənarlarına
biri qapalı, digəri kəsik olmaqla iki alüminium
halqa bərkidilmiş çubuqdan ibarətdir. Çubuq iti
ucluq üzərində yerləşdirilir (
a).
İşin gedişi:
- Maqnitin qütblərindən birini yavaş-yavaş qapalı halqaya
daxil edin və baş verən hadisəni izləyin (b).
- Maqniti halqa daxilində hərəkətsiz saxlayın və
sonra onu halqadan yavaş-yavaş çıxararaq
uzaqlaşdırın. Baş verən hadisəni izləyin.
- Təcrübəni maqnitin digər qütbü ilə də təkrarlayın.
- Təcrübəni kəsiyi olan halqayla təkrarlayın: maqnitin
qütblərini ardıcıl olaraq kəsik halqaya daxil
edib-çıxarın. Müşahidə etdiyiniz hadisələri müqayisə
edin.
Nəticəni müzakirə edin:
• Maqnitin qütblərini qapalı halqaya daxil etdikdə nə müşahidə etdiniz?
• Maqniti qapalı halqada sükunətdə saxladıqda nə baş verdi?
• Maqniti qapalı halqadan çıxarıb uzaqlaşdırdıqda nə müşahidə olundu?
• Təcrübəni kəsik halqa ilə təkrarladıqda nə müşahidə etdiniz?
• Təcrübələrdən hansı nəticəyə gəlmək olar?
İnduksiya cərəyanının yaranma səbəbi. İnduksiya cərəyanını da digər elektrik
cərəyanları kimi elektrik sahəsi yaradır.
İnduksiya cərəyanını yaradan elektrik sahəsi haradan əmələ gəldi?
Əlbəttə, bu sahəni dəyişən maqnit sahəsi yaradır.
Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada burulğanlı elektrik sahəsinin yaranması
ilə müşayiət olunur.
Qapalı konturdakı sərbəst elektronları nizamlı hərəkət etdirərək induksiya cərəyanı
yaradan maqnit sahəsi deyil, burulğanlı elektrik sahəsidir.