Araşdırma
2
Elektromaqnitlə induksiya cərəyanının alınması.
Təchizat: sabit cərəyan
mənbəyi, reostat, sarğac (2
ədəd), uzun dəmir içlik, açar,
qalvanometr, birləşdirici
naqillər.
İşin gedişi:
- Dəmir içliyi 1 sarğacına daxil
edib elektromaqnit hazırlayın.
Elektromaqnitin
sıxaclarını reostat və açarla
birlikdə sabit cərəyan mənbəyinə
ardıcıl birləşdirin.
- İkinci sarğacı (2) qalvanometrə
birləşdirib elektromaqnitin
dəmir içliyinin kənara
çıxan hissəsinə daxil
edin (e).
- Əvvəlcə açarı qapayıb açın, sonra isə açarın qapalı vəziyyətində reostatın sürgüsünü
sağa-sola hərəkət etdirməklə 1 elektromaqnitində cərəyan şiddətini dəyişin. Bütün hallarda
2 sarğacına qoşulan qalvanometri izləyin.
Nəticəni müzakirə edin:
- Nə üçün 1 elektromaqnitindən keçən cərəyan şiddətinin ixtiyari dəyişməsi 2 sarğacında
induksiya cərəyanının yaranması ilə nəticələndi?
- 1 elektromaqnitindən keçən cərəyan şiddətinin artıb-azalması 2 sarğacında yaranan
induksiya cərəyanının istiqamətinə necə təsir etdi?