FL max = qBv
Lorens qüvvəsi və vektorlarına perpendikulyardır və onun istiqaməti sol əl
qaydası ilə təyin olunur.
Lorens qüvvəsi üçün sol əl qaydası: sol əli maqnit
sahəsində elə tutmaq lazımdır ki, maqnit induksiya
vektoru ovuca perpendikulyar daxil olsun və açılan
dörd barmaq müsbət yükün hərəkəti istiqamətində
(mənfi yükün hərəkətinin əksinə) yönəlsin. Bu
zaman 90° bucaq altında açılmış baş barmaq yükə
təsir edən Lorens qüvvəsinin istiqamətini göstərəcək (e).
Yüklü zərrəcik maqnit sahəsində induksiya xətlərinə paralel istiqamətdə daxil
olarsa (α=0° və ya α=180°), Lorens qüvvəsi sıfıra bərabər olur:
FL = 0
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Məsələ. Verilən təsvirə əsasən təyin edin:
bircins maqnit sahəsinə daxil olan ...
- müsbət yüklü zərrəciyin sürətinin istiqamətini;
- mənfi yüklü zərrəciyə təsir edən Lorens qüvvəsinin
istiqamətini.
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə ...
2. Lorens qüvvəsinin modulu ...
3. Lorens qüvvəsi üçün sol əl qaydası ...
- Maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir göstərdiyi qüvvənin modulu necə təyin
edilir?
- Yüklü zərrəcik induksiya xətlərinə perpendikulyar istiqamətdə maqnit sahəsinə daxil olur. O hansı
trayektoriya üzrə hərəkət edər?
- Yüksüz zərrəcik induksiya xətlərinə perpendikulyar istiqamətdə maqnit sahəsinə daxil olur.
O hansı trayektoriya üzrə hərəkət edər?
- Yüklü zərrəcik induksiya xətlərinə paralel istiqamətdə maqnit sahəsinə daxil olur. O hansı
trayektoriya üzrə hərəkət edər?