Elektrik cərəyanı yüklü zərrəciklərin nizamlı hərəkəti olduğundan maqnit sahəsi cərəyana təsir etməklə hərəkətdə olan bu yüklü zərrəciklərin hər birinə təsir etmiş olur. Beləliklə, Amper qüvvəsinə hərəkətdə olan hər bir zərrəciyə təsir edən qüvvələrin cəmi kimi baxmaq olar.
• Maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsi Lorens qüvvəsi adlanır. Bu ad Niderland fiziki Hendrik Anton Lorensin şərəfinə verilmişdir.
• | Fizikanın elektrodinamika və optika sahələrinin inkişafında böyük xidmətləri olmuşdur. O, maddə quruluşunun elektron nəzəriyyəsinin banisidir. |
Lorens qüvvəsi. Lorens qüvvəsinin modulunu
FL = FA
N
düsturundan müəyyən etmək olar. Burada FA – Amper qüvvəsi, N – düz naqilin
maqnit sahəsində yerləşən l uzunluqlu hissəsindəki sərbəst yüklü zərrəciklərin
ümumi sayıdır. Əgər bir zərrəciyin yükünün modulu q, zərrəciklərin ümumi yükünün myükünün modulu isə N · q olarsa, naqildəki cərəyan şiddəti
I = Nq
N
-ə bərabər olar.
Burada t – yüklü zərrəciyin naqilin l uzunluqlu hissəsini keçməsinə sərf etdiyi
zamandır (d). Bu halda alarıq:
FL = FA
N = IBlsinα
N = NqBlsinα
Nt = qBlsinα
t
Burada l
t = v olduğunu nəzərə aldıqda Lorens qüvvəsinin modulunu təyin
etmək üçün lazım olan düstur alınır:
FL = qBvsin α
Burada v – maqnit sahəsində nizamlı hərəkət edən yüklü zərrəciyin orta sürəti, α – maqnit sahəsinin induksiya vektoru ilə “+” yüklü zərrəciyin sürət vektoru arasındakı bucaqdır. Yüklü zərrəcik maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olarsa, Lorens qüvvəsi maksimal qiymət alır: