Araşdırma
1
Hərəkətdə olan yüklü zərrəciklər selinə maqnit
sahəsinin təsiri.
Təchizat: havası seyrəldilmiş ikielektrodlu şüşə boru,
yüksəkgərginlikli düzləndirici, sabit düz maqnit, birləşdirici
naqillər, qara rəngli ekran, dielektrik ştativ.
İşin gedişi:
- Şüşə borunu dielektrik ştativə bərkidib arxasında
ekran yerləşdirin.
- Borunun elektrodlarını düzləndiriciyə birləşdirib
dövrəni qapayın və boruda yüklü zərrəciklər selinin
işıqlı düz zolağı görünənə qədər (a) onun uclarındakı
gərginliyi yavaş-yavaş artırın.