Voltmetrin də ölçü mexanizmi belədir. Lakin onun elektrik müqaviməti ampermetrin
elektrik müqavimətindən daha çoxdur.
Nə üçün voltmetrin elektrik müqaviməti ampermetrin elektrik müqavimətindən
daha böyükdür?
Ampermetr elektrik dövrəsindəki cərəyan şiddətini ölçmək üçün ona ardıcıl qoşulur.
Bu səbəbdən ampermetrin müqaviməti çox kiçik olmalıdır ki, dövrədəki ümumi
cərəyan şiddətinə təsir etməsin: onun müqaviməti böyük olarsa, dövrədəki ümumi
cərəyan şiddətini kəskin azaldar.
Voltmetr dövrənin və ya işlədicilərin uclarındakı gərginliyi ölçdüyünə görə o, dövrəyə
paralel qoşulur. Dövrədəki cərəyan şiddəti dəyişməsin deyə, voltmetrin müqaviməti çox
böyük olmalıdır ki, ondan keçən cərəyan nəzərə alınmayacaq qədər zəif olsun.
Elektromaqnit sistemli cihazın iş prinsipi cərəyanlı sarğacın maqnit sahəsinin təsiri
ilə fırlanma oxuna bərkidilmiş polad içliyin sarğaca cəzb olunmasına əsaslanır (f).
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Elektromaqnit sistemli cihazın iş
prinsipi.
Təchizat: elektromaqnit sistemli cihazın ölçü mexanizminin
şəkli.
İşin gedişi: şəkildə elektromaqnit sistemli cihazın
ölçü mexanizmi təsvir edilmişdir (bax:
f). Şəkli diqqətlə
araşdırın və cihazın iş prinsipini izah etməyə çalışın.
Nəticəni müzakirə edin:
- Elektromaqnit və maqnitoelektrik sistemli ölçü cihazlarının
iş prinsipində oxşar və fərqli cəhətlər
hansılardır?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Elektrik mühərriki ...
2. Elektrik mühərrikinin əsas hissələri ...
3. Elektrik ölçü cihazlarının iş prinsipi ...
4. Maqnitoelektrik sistemli cihazın ölçü mexanizminin iş prinsipi ...
5. Elektromaqnit sistemli cihazın ölçü mexanizminin iş prinsipi ...
1. İstilik və elektrik mühərriklərində hansı enerji çevrilmələri baş verir?
2. Ekoloji baxımdan hansı mühərrik daha faydalıdır: istilik, yoxsa elektrik? Cavabınızı əsaslandırın.
3. Hansı mühərrikin FİƏ-si daha böyükdür: istilik, yoxsa elektrik? Nə üçün?
4. Elektrik ölçü cihazlarının iş prinsipi hansı fiziki hadisəyə əsaslanır?
5. Maqnitoelektrik və elektromaqnit sistemli cihazların ölçü mexanizmi nə ilə fərqlənir?
6. Nə üçün voltmetrin elektrik müqaviməti ampermetrin müqavimətindən çox-çox böyük olur?