Nəticədə çərçivədəki cərəyanın istiqaməti dəyişir və o, cərəyan kəsilənə qədər eyni istiqamətdə fırlanma
hərəkətini davam etdirir.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Məsələ. Verilən şəkli iş vərəqinə köçürün və ...
a) çərçivədəki cərəyanın istiqamətini təyin edin;
b) çərçivənin fırlanma istiqamətini dəyişmək üçün nə etmək lazım gəldiyini göstərin;
c) çərçivənin fasiləsiz fırlanması üçün nə etmək lazım olduğunu söyləyin.
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
- Cərəyanlı çərçivə müstəvisi maqnit induksiya xətlərinə paralel
olarsa, ...
- Cərəyanlı çərçivə müstəvisi maqnit induksiya xətlərinə perpendikulyar
olarsa, ...
- Cərəyanlı çərçivənin maqnit sahəsində fasiləsiz fırlanmasını təmin
etmək üçün ...
-
Nalşəkilli maqnitin qütbləri arasında maqnit induksiya xətlərinə
perpendikulyar olaraq yüngül keçirici çərçivə asılmışdır. Çərçivədən
şəkildə göstərildiyi istiqamətdə cərəyan keçərsə, o:
- dayanıqlı tarazlıq halında olacaqdır, yəni öz əvvəlki vəziyyətində
qalacaqdır
- dayanıqsız tarazlıq halında olacaqdır, yəni kiçik yerdəyişmə nəticəsində
fırlanma hərəkəti edərək 180° dönəcəkdir
- çərçivənin ön tərəfi soldan sağa doğru 90° döndükdən sonra dayanıqlı
tarazlıqda qalacaqdır
- çərçivənin ön tərəfi sağdan sola doğru 90° döndükdən sonra dayanıqlı
tarazlıqda qalacaqdır
- çərçivənin ön tərəfi soldan sağa doğru 45° döndükdən sonra
dayanıqlı tarazlıqda qalacaqdır
- Cərəyanlı çərçivənin maqnit sahəsində fırlanması zamanı hansı enerji çevrilməsi baş verir?
- Maqnit sahəsində fırlanan cərəyanlı çərçivədə cərəyanın istiqaməti necə dəyişdirilir?