Çərçivədəki cərəyanın istiqamətini dəyişdikdə Amper qüvvələri onu əks istiqamətdə döndərəcəkdir.
Çərçivə müstəvisi maqnit induksiya xətlərinə perpendikulyar olduqda isə onun yan tərəflərinə təsir edən Amper qüvvələri düz xətt boyunca əks istiqamətlərə yönəldiyindən çərçivə dayanır (d).
Çərçivəni eyni istiqamətdə fırlanma hərəkəti etdirmək üçün dövrədəki cərəyanın istiqaməti periodik olaraq dəyişdirilməlidir. Bu məqsədlə çərçivəyə bərkidilən kollektor adlanan metal yarımhalqalardan istifadə olunur (e).
Yarımhalqaların səthi ilə fırça adlanan kontakt lövhələr sürüşür. Fırçalar cərəyan mənbəyinin müxtəlif qütbünə birləşdirilir və çərçivədən cərəyanın keçməsini təmin edir. Çərçivə 180° döndükdə yarımhalqalar yerini dəyişir.