Cərəyanlı naqil şəkildəki kimi bircins maqnit sahəsindədir.
Naqilə təsir edən Amper qüvvəsi hansı istiqamətdədir?
Uzunluğu 2 m olan cərəyanlı düz naqil induksiyası 60 mTl olan
bircins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar
yerləşmişdir. Naqildəki cərəyan şiddəti 2 A-dirsə, ona təsir
edən Amper qüvvəsini hesablayın.
Maqnit sahəsinin təsiri ilə meyil edən naqildə cərəyanın istiqamətini təyin edin.
Elektrik dövrəsi qapanarsa, cərəyanlı alüminium naqil dielektrik relslər üzrə
diyirlənəcəkdir. O hansı istiqamətə diyirlənər və nə üçün?
Şəkildə bircins maqnit sahəsində yerləşən cərəyanlı naqil təsvir edilmişdir. Maqnit
induksiya vektorunun istiqamətini təyin edin.
İnduksiyası 5 Tl olan bircins maqnit sahəsində yerləşən cərəyanlı naqilin uzunluğu
3 m, ondakı cərəyan şiddəti 2 A-dir. Naqilə təsir edən Amper qüvvəsinin modulunu
və istiqamətini təyin edin.
A) F = 30 N, bizdən şəkil müstəvisinə perpendikulyar
B) F = 30 N, şəkil müstəvisindən bizə perpendikulyar
C) F = 30 N, induksiya xətləri istiqamətində
D) F = 0, təsir etmir
E) F = 30 N, induksiya xətlərinin əksi istiqamətində