Araşdırma
2
- Açarı qapayın və baş verən hadisəni izləyin.
- Amper qüvvəsinin istiqamətinin nədən asılı olduğunu yoxlayın:
- maqniti çevirib qütblərinin yerini dəyişməklə;
- cərəyan mənbəyinin sıxaclarına bağlanan naqillərin yerini dəyişməklə.
- Amper qüvvəsinin hansı kəmiyyətlərdən və necə asılı olduğunu yoxlayın:
- reostatla naqildən keçən cərəyan şiddətini artırıb-azaltmaqla naqildəki cərəyan
şiddətindən;
- maqniti daha güclü sahəyə malik digər maqnitlə əvəz etməklə maqnit sahəsinin
induksiyasından;
- cərəyanlı naqili iki maqnit arasında yerləşdirməklə (sahədəki uzunluğunu iki
dəfə artırmaqla) naqilin uzunluğundan.
Nəticəni müzakirə edin:
- Maqnit sahəsinin cərəyanlı naqilə təsir göstərdiyi Amper qüvvəsinin istiqaməti nədən
asılıdır?
- Amper qüvvəsinin modulu nədən və necə asılıdır?
• Verilən cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Amper qüvvəsinin istiqaməti asılıdır – ...
2. Amper qüvvəsi üçün sol əl qaydası – ...
3. Amper qüvvəsinin modulu bərabərdir – ...
-
Dörd üfiqi düz naqildən (1-2, 2-3, 3-4, 4-1) və sabit cərəyan mənbəyindən
ibarət olan elektrik dövrəsi bircins maqnit sahəsində yerləşmişdir.
Sahənin induksiya vektoru şəkil müstəvisinə perpendikulyar yönəlmişdir.
Dövrənin 1-2 və 2-3 naqillərinə təsir edən Amper qüvvəsi hansı istiqamətə
yönələr?
- Maqnit induksiya vektorunun istiqaməti olaraq nə qəbul edilmişdir və onun modulu nəyə
bərabərdir?
- Maqnit sahəsinin induksiyası bu sahəyə gətirilmiş cərəyanlı naqilin uzunluğundan necə
asılıdır?