hissəsinin uzunluğu, α – cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı
bucaqdır.
Düsturdan göründüyü kimi, cərəyanlı naqil maqnit sahəsinin induksiya vektoruna
paralel olarsa (α = 0° və ya α = 180°), naqilə Amper qüvvəsi təsir etməz (sin 0° = 0
və sin 180° = 0 olduğundan): F = 0.
Əgər cərəyanlı naqil maqnit induksiya xətlərinə perpendikulyar yerləşərsə, (α = 90°),
sin 90° = 1 olduğundan Amper qüvvəsi maksimum qiymət alar:
Fm = IBl
Maqnit induksiyasının modulu nəyə bərabərdir?
Maqnit induksiyasının modulu - bircins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşmiş cərəyanlı naqilə təsir edən Amper qüvvəsinin modulunun naqildəki cərəyan şiddəti ilə onun l uzunluğu hasilinə olan nisbətinə bərabərdir:
B = Fm
I · l .
Maqnit induksiyasının BS-də vahidi Serbiya alimi Nikola Teslanın (1856–1943)
şərəfinə tesla (1 Tl) adlandırılmışdır.
1 tesla – elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induksiya
xətlərinə perpendikulyar yerləşən 1 m uzunluqlu naqildən 1 A cərəyan keçdikdə ona
1N qüvvə ilə təsir etsin:
[B] = 1 N
A · m = 1 kq
A · san2 = 1Tl.
Diqqət! • Maqnit sahəsinin induksiyası bu sahəyə gətirilən naqilin uzunluğundan və ondakı
cərəyan şiddətindən asılı deyildir, o, maqnit sahəsindən, bu sahənin mənşəyindən asılıdır. Bu o
deməkdir ki, maqnit induksiyası
Fm
I·l
nisbətindən də asılı deyildir, çünki sahəyə gətirilən naqilə təsir
edən Amper qüvvəsi naqildəki cərəyan şiddəti ilə düz mütənasibdir.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Maqnit sahəsinin cərəyanlı naqilə təsiri.
Təchizat: kiçikölçülü nalşəkilli maqnit (2 ədəd), iriölçülü nalşəkilli maqnit (2 ədəd), sabit
cərəyan mənbəyi, reostat, açar, kiçik uzunluqlu qalın düz naqil (ab), birləşdirici nazik naqillər,
dielektrik ştativ.
Təhlükəsizlik qaydası: işin hər bir mərhələsini hazırlayarkən elektrik dövrəsi açıq olmalıdır.
İşin gedişi:
- Nalşəkilli maqniti şaquli müstəvidə ştativə elə bərkidin ki, onun qolları arasındakı maqnit
sahəsinin induksiya xətləri şaquli yerləşsin. Qalın naqili nazik naqillərdən asıb maqnitin
qolları arasında elə yerləşdirin ki, o, maqnit induksiya xətlərinə perpendikulyar olsun
(a).