Nə öyrəndiniz
İlk dəfə A.Amper təcrübi olaraq müəyyən etmişdir ki, cərəyanlı naqil bircins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar və ya müəyyən bucaq altında yerləşdikdə maqnit sahəsi ona müəyyən qüvvə ilə təsir göstərir.
Amper qüvvəsi adlandırılan bu qüvvənin istiqaməti sabit maqnitin induksiya xətlərinin və naqildəki elektrik cərəyanının istiqamətindən asılıdır. Amper qüvvəsinin istiqamətini sol əl qaydası ilə təyin etmək əlverişlidir.
Amper qüvvəsinin modulu nəyə bərabərdir?
Cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən Amper qüvvəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı bucağın sinusu hasilinə bərabərdir:
F = IBlsinα
Burada F – Amper qüvvəsinin modulu, I – naqildən keçən cərəyan şiddəti, B – maqnit induksiyasının modulu, l – naqilin maqnit sahəsindəki