● Cərəyanlı naqillər bir-birinə maqnit sahələri vasitəsilə qarşılıqlı təsir göstərir.
Naqillərdəki cərəyanın istiqamətindən asılı olaraq maqnit qarşılıqlı təsiri ya itələmə,
ya da cazibə xarakterli ola bilir. Burğu (yaxud sağ əl) qaydasına əsasən asanlıqla müəyyən etmək olur ki, paralel naqillərdəki cərəyanlar eyni istiqamətli olduqda onlar arasında əks maqnit qütbləri (şəkil müstəvisində) yerləşir. Bu halda naqillər sapdan asılan sabit maqnitlər kimi birbirini cəzb edir (d). Paralel naqillərdəki cərəyanlar əks istiqamətli olduqda isə onlar arasında eyni maqnit qütbləri (şəkil müstəvisində) yaranır və naqillər bir-birindən itələnir (e).Cərəyanlı paralel naqillər arasındakı qarşılıqlı təsir kəmiyyətcə maqnit qarşılıqlı təsir qüvvəsi ilə xarakterizə olunur.
• Sonsuz uzun iki paralel cərəyanlı naqillərdən birinin digər naqilin l uzunluqlu hissəsinə təsir edən qüvvə, naqillərdəki cərəyan şiddətlərinin hasili ilə düz və onlar arasındakı məsafədən tərs mütənasib asılıdır:
Fm~ I1 · I2 · l
r.
Burada Fm – cərəyanlı paralel naqillər arasındakı maqnit qarşılıqlı təsir qüvvəsinin modulu, I1 və I2 – paralel naqillərdəki cərəyan şiddəti, r – onlar arasındakı məsafədir.
Cərəyanlı paralel naqillər arasındakı maqnit qarşılıqlı təsir qüvvəsinə əsasən cərəyan şiddətinin BS-də vahidi olan amper (A) təyin edilmişdir.
• 1A elə sabit cərəyan şiddətidir ki, bu cərəyan vakuumda yerləşən və aralarındakı məsafə1 m olan sonsuz uzun, çox nazik iki paralel düz naqildən keçdikdə bu naqillərdən birinin digərinin 1 m uzunluğundakı hissəsinə göstərdiyi təsir qüvvəsinin modulu 2 •10–7N olsun.
Məsələ. |
Verilən sxemləri iş vərəqinə köçürün və təyin edin: |