Öyrəndiklərinizi yoxlayın
Cərəyanlı sarğacın maqnit təsirini necə artırmaq olar?
Elektromaqnit nədir və ondan hansı məqsədlə istifadə olunur?
Elektrik zənginin iş prinsipini izah edin.
Dəmir mismara izolyasiyalı naqil dolayıb batareyaya birləşdirsəniz, sadə elektromaqnit alarsınız. Bu elektromaqnitin qütblərini təyin edin.
Çalışma
2.3
Şəkildə cərəyanlı sarğacın maqnit sahəsinin qütbləri göstərilmişdir. Sarğacdakı cərəyanın istiqamətini təyin edin.
Dairəvi cərəyanlı naqilin maqnit sahəsinin induksiyası yuxarı yönəlmişdir. Naqildəki cərəyanın istiqamətini təyin edin.
Şəkildə cərəyanlı sarğacın maqnit induksiya xətləri təsvir edilmişdir. K nöqtəsində induksiya vektorunun istiqaməti düzgün göstərilirmi?
Şəkildə hidrogen atomunun sxemi təsvir edilmişdir. Atomun maqnit sahəsinin induksiya vektorunun istiqamətini təyin edin.
Cərəyanlı sarğacın maqnit qütblərini hansı üsulla dəyişmək olar?
Cərəyanlı sarğacın maqnit təsirini necə artırmaq olar?
1. Cərəyan şiddətini artırmaqla.
2. Dolaqların sayını azaltmaqla.
3. Taxta içlik daxil etməklə.
4. Polad içlik daxil etməklə.
5. Dolaqların sayını artırmaqla.
A) 1, 4 və 5
B) 2 və 3
C) 1, 2 və 3
D) yalnız 5
E) 1 və 5