Məktəbinizdəki elektrik zənginin əsas hissəsi də elektromaqnitdir. Onun quruluşu
və iş prinsipi ilə tanış olaq.
Elektrik zənginin quruluşu və iş prinsipi. Elektrik
zənginin əsas hissələri bunlardır: elektromaqnit
(1), elastik polad yay (2), ona bərkidilmiş dəmir lövbər
(3), lövbərin ucuna bərkidilmiş kiçik çəkic (4),
səs mənbəyi olan metal tava (5). Elektrik zənginin
düyməsi (6) sıxıldıqda dövrə qapanır, elektromaqnitdən
cərəyan keçir və o maqnitlənir. Elektromaqnitə
cəzb olunan lövbərin çəkici tavaya dəyərək onu səsləndirir.
Lakin lövbər elektromaqnitə doğru cəzb olunduqda o, kontaktdan (7) aralanır və dövrə A nöqtəsində açılır: cərəyan kəsilir və
elektromaqnit maqnitsizləşir (e). Bu zaman elastik yay vasitəsilə geriyə dartılan
lövbər elektrik dövrəsini yenidən A nöqtəsində birləşdirir və zəngçalma prosesi bərpa
olunur. Zəngçalma prosesi düymə sıxıldığı müddətdə dəfələrlə təkrarlanır.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Elektromaqnit kranının modeli
ilə iş.
Təchizat: elektromaqnit kranının
modeli (elektromaqnit – 2 ədəd,
qarmaqlı dəmir lövbər), yüklər
dəsti (
f), cərəyan mənbəyi (düzləndirici),
birləşdirici naqillər.
İşin gedişi:
- Elektromaqnit kranını ştativdən asın. Elektromaqnitlərin yuxarı
sıxaclarını bir-birinə, aşağı sıxaclarını isə düzləndiriciyə
birləşdirin (g).
- Düzləndiricini işə salıb dövrənin uclarına 2V gərginlik verin.
Dəmir lövbəri elektromaqnitə yaxınlaşdırıb, onun qarmağından
elektromaqnitdən qopana qədər yüklər asın.
- Dövrənin uclarına 4V gərginlik verib təcrübəni təkrarlayın və
hansı halda lövbərin daha çox yük saxladığını araşdırın.
Nəticəni müzakirə edin:
• Elektromaqnit kranının yükqaldırma qabiliyyəti nədən asılıdır?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Elektromaqnit – ...
2. Elektromaqnitin maqnit təsiri asılıdır: a) ... b) ...
3. Elektromaqnitlər tətbiq olunur ...