cərəyan şiddəti artdıqda sarğacın maqnit təsiri də artır, elektrik cərəyanı kəsildikdə isə o, maqnit xassəsini itirir. 1825-ci ildə ingilis ixtiraçısı V.Sterjen cərəyanlı sarğaca dəmir içlik daxil etməklə onun maqnit təsirinin artdığını aşkarlayır.
• | Elektromaqnitin və elektrik mühərrikinin ilk ixtiraçısıdır. |
1828-ci ildə ABŞ fiziki C.Henri müəyyən edir ki, elektromaqnitin dolaqlarının sayını artırdıqda onun maqnit təsirini dəfələrlə artırmaq mümkündür. O, elektromaqnitin bu xassəsindən istifadə edərək ağır dəmir yükləri qaldıra bilən ilk elektromaqnit kranını hazırlayır.
• | İlk elektromaqnit kranının ixtiraçısıdır. O, 1831-ci ildə 1000 kq yük qaldıra bilən elektromaqnit kranını nümayiş etdirmişdir. Həmin kran Vaşinqtonda, Smitson İnstitutunun muzeyində saxlanılır. |
• Elektromaqnit – daxilində dəmir içlik olan sarğacdır. Sarğacın dolaqlarından cərəyan keçirdikdə o, maqnit sahəsi yaradır və dəmir işlik maqnit xassəsi kəsb edir, cərəyan kəsildikdə isə maqnit sahəsi itir və içlik maqnitsizləşir.
Elektromaqnitin maqnit təsiri onun dolaqlarının sayından və bu dolaqlardan keçən cərəyan şiddətindən kəskin asılıdır. Araşdırmadan müəyyən etdiniz ki, dolaqların sayını və cərəyan şiddətini artırdıqda elektromaqnitin maqnit təsiri dəfələrlə çoxalır, lakin cərəyan kəsildikdə elektromaqnit dərhal maqnitsizləşir. Elektromaqnitin bu xassəsinə əsaslanan cihaz və qurğular məişət, texnika, istehsalat, tibb və s.-də geniş tətbiq olunur. Məsələn, ağır dəmir məmulatlarını boşaltmaq və ya yükləmək üçün elektromaqnit kranlarından istifadə edilir (c). Filiz yataqlarında dəmir hissəciklərini digər cisimlərdən (torpaq, daş və s.) ayırmaq üçün elektromaqnit separatorlar (fırlanan elektromaqnit bobin) tətbiq olunur (d).