Düz maqnitdə olduğu kimi, cərəyanlı sarğacın maqnit sahəsinin iki qütbü vardır:
şimal və cənub. Sarğacın qütbləri onun kənarlarında yerləşir. Cərəyanlı sarğacın
maqnit sahəsinin qütblərini də sağ əl, yaxud sağ yivli burğu qaydası ilə təyin etmək
olur:
Cərəyanlı sarğac üçün sağ yivli burğu qaydası:
burğunun dəstəyini sarğacdakı cərəyan istiqamətində
burduqda, burğunun irəliləmə hərəkətinin
istiqaməti sarğacın daxilində maqnit sahəsinin
induksiya xətlərinin istiqamətini göstərəcəkdir
(
h).
Cərəyanlı sarğac üçün sağ əl qaydası: sarğac
sağ əllə elə tutulur ki, bükülən dörd barmaq
sarğılardakı cərəyan istiqamətində olsun, bu
halda açılan baş barmaq sarğacın daxilində
maqnit sahəsinin induksiya xətlərinin istiqamətini
göstərəcəkdir
(
i).
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Məsələ. Verilən sxemləri iş vərəqinə köçürün.
- Cərəyanlı sarğacın maqnit induksiya xətlərini
çəkin, onların istiqamətini göstərin və maqnit
sahəsinin qütblərini təyin edin (1).
- Sarğac üzərində elastik yaydan maqnit asılmışdır (2). Dövrə
qapanarsa, maqnit özünü necə aparacaqdır? Nə üçün?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Dairəvi cərəyanın maqnit sahəsi ...
2. Cərəyanlı sarğac üçün sağ yivli burğu qaydası: ...
3. Cərəyanlı sarğac üçün sağ əl qaydası: ...
- Cərəyanlı sarğacın maqnit spektri cərəyanlı düz naqilin maqnit spektrindən nə ilə
fərqlənir?
- Cərəyanlı sarğac üçün sağ yivli burğu qaydası necə ifadə
olunur?
- Cərəyanlı dairəvi naqilin və sarğacın maqnit sahəsinin qütblərini
necə dəyişmək olar?
- Verilən şəklə əsasən dairəvi cərəyanın maqnit sahəsinin qütblərini
təyin.