Cərəyanlı sarğacın maqnit sahəsi.
Sarğac nədir? Sarğac izolyasiyalı naqilin qalın karton və ya plastmas silindrik bobin üzərinə onlarca dəfə sarınmasından alınır. Sarğacdakı naqilin sərbəst ucları sıxaclara birləşdirilir (f). Deməli, sarğaca qalın dairəvi naqil kimi baxmaq olar.
Cərəyanlı sarğacın maqnit induksiya xətlərinin mənzərəsini də dəmir tozu vasitəsilə asanlıqla müşahidə etmək olur. Bunun üçün sarğacın sadələşdirilmiş modelindən istifadə etmək əlverişlidir: orqanik şüşə lövhə üzərində iki sıra deşik açıb onlardan keçirilən naqil sadələşdirilmiş sarğacdır. Sarğacı sabit cərəyan mənbəyinə birləşdirdikdən sonra şüşə lövhə üzərinə səpilən dəmir tozu cərəyanlı sarğacın maqnit sahəsinin induksiya xətlərinin mənzərəsini yaradır. Bu mənzərə sabit düz maqnitin induksiya xətlərinə oxşayır (g).