Diqqət! İnduksiya xətləri şəkil müstəvisinə
perpendikulyar olan maqnit
sahəsi sxemlərdə nöqtə və vurma işarələr
sistemi ilə təsvir edilir. Əgər
maqnit induksiya vektoru ox formasında
təsəvvür edilərsə (i), şəkil müstəvisindən
bizə doğru perpendikulyar
yönələn maqnit induksiya xətləri
nöqtələr sistemi ilə (biz sanki oxun
ucunu görürük) təsvir edilir. Bizdən
şəkil müstəvisinə perpendikulyar
yönələn maqnit sahəsinin induksiya
xətləri vurma işarələri ilə (biz sanki
uzaqlaşan oxu arxadan görürük) təsvir
edilir (bax: i). Məsələn, şəkil
müstəvisində yerləşən cərəyanın yaratdığı
maqnit sahəsinin naqilin sağ
və sol hissələrində induksiya xətləri
bu cərəyanın istiqamətindən asılı
olaraq nöqtə və vurma işarələri ilə
təsvir olunur (k). Bu işarələr burğu,
yaxud sağ əl qaydasına əsasən təyin
edilir.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Məsələ. Verilən təsvirləri iş
vərəqinə köçürün və təyin
edin:
-
I1 cərəyanının maqnit induksiya xətlərinin
istiqamətini;
- I2 cərəyanının maqnit sahəsinin 1, 2 və 3
nöqtələrində induksiya vektorunun istiqamətini.
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
- Cərəyanlı düz naqil üçün sağ əl qaydası: ...
- Cərəyanlı düz naqil üçün sağ yivli burğu qaydası: ...
- Şəkil müstəvisindən bizə doğru perpendikulyar yönələn maqnit
induksiya xətləri ...
- Bizdən şəkil müstəvisinə perpendikulyar yönələn maqnit sahəsinin
induksiya xətləri ...
- Cərəyanın yaratdığı maqnit sahəsinin induksiya xətlərinin istiqaməti nədən asılıdır?
- Cərəyanlı düz naqil üçün sağ əl qaydası necə ifadə olunur?
- Cərəyanlı düz naqil şəkil müstəvisinə perpendikulyar olduqda o, sxemlərdə necə təsvir
edilir?
- Cərəyanlı düz naqil şəkil müstəvisinə perpendikulyar olduqda onun maqnit sahəsinin ixtiyari
nöqtəsində induksiya vektoru hansı istiqamətə yönələr?