Cərəyanlı düz naqil şəkil müstəvisinə perpendikulyar olarsa, o, sxemlərdə dairə içərisində nöqtə, yaxud dairə içərisində vurma işarəsi ilə göstərilir:
– cərəyan bizdən şəkil müstəvisinə perpendikulyardırsa, dairə içərisində vurma işarəsi kimi göstərilir (f);
– əgər cərəyan şəkil müstəvisindən bizə doğru perpendikulyardırsa, dairə içərisində nöqtə işarəsi ilə göstərilir (g).
Cərəyanlı düz naqilin aqnit induksiya vektorunun istiqaməti burğu qaydası ilə müəyyən edilir:
– bizdən şəkil müstəvisinə doğru perpendikulyar olan elektrik cərəyanının maqnit induksiya vektorunun istiqaməti mərkəzi cərəyanlı naqilin üzərində olan cevrələr boyunca saat əqrəbinin hərəkəti istiqamətindədir (bax: f);
– şəkil müstəvisindən bizə doğru perpendikulyar olan elektrik cərəyanının maqnit induksiya vektoru isə mərkəzi cərəyanlı naqilin üzərində olan cevrələr boyunca saat əqrəbi hərəkətinin əksi istiqamətindədir (bax: g).