• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
Kompas əqrəbinin şimal qütbü ona görə Yerin coğrafi
şimalına istiqamətlənir ki, ...
Kompas əqrəbinin cənub qütbü ona görə Yerin coğrafi
cənubuna istiqamətlənir ki, ...
“Van Allen qurşaqları” Yer kürəsini ...
“Maqnit qasırğası” ...
Öyrəndiklərinizi yoxlayın
1. Nalşəkilli maqnitin qolları arasında kompasın əqrəbi necə səmtləşər?
2. Yerin maqnit sahəsi yox olsaydı, nə baş verərdi?
3. Maqnit qasırğasının yaranma səbəbi nədir?
4. Kompas əqrəbinin qütbləri Ayın səthində hansı istiqamətə yönələr?
2.5
CƏRƏYANLI DÜZ NAQİLİN MAQNİT İNDUKSİYASI
Şəkillərdə düz naqillər və yaxınlığında
yerləşdirilmiş kompasların əqrəblərinin
iki müxtəlif vəziyyətdə durması təsvir
edilmişdir (bax: a və b).
• Kompasların əqrəblərinin müxtəlif vəziyyətdə durmasının səbəbini necə
izah etmək
olar?