Maqnit induksiyasının istiqaməti olaraq nə qəbul edilmişdir?
Elektrik və maqnit sahələrinin qüvvə xarakteristikalarının müqayisəsini verin: onlarda oxşar
və fərqli cəhətlər hansılardır?
Maqnit induksiya xətlərinin formasına əsasən sabit maqnitlərin qütblərini təyin edin.
2.4
YERİN MAQNİT SAHƏSİ
Bilirsiniz ki, yaxınlıqda maqnit xassəli cisimlər
olmadıqda ipək sapdan asılan düz maqnit və
ya kompasın maqnit əqrəbi elə səmtləşir ki,
onların şimal qütbü həmişə Yerin coğrafi Şimal
qütbünə, cənub qütbü isə Yerin coğrafi
Cənub qütbünə istiqamətlənmiş vəziyyət alır.
•
Kompas əqrəbinin qütblərinin Yer
kürəsinin Şimal və Cənub qütblərinə
doğru istiqamətlənməsinin
səbəbi nədir?
•
Yer kürəsinin bütün nöqtələrində
kompasın əqrəbi mütləq eyni istiqamətə
səmtləşir?
Araşdırma
1
Kompas hazırlaya bilərsinizmi? Təchizat: sabit maqnit, iynə, içərisində
su olan şüşə qab, mantar, kompas. İşin gedişi:
Mantarı suyun səthində yerləşdirin.
Maqniti 20–25 dəfə iynəyə sürtün.
Bu üsulla maqnitləndirdiyiniz iynəni
mantarın üzərində yerləşdirin. Siz
artıq “kompas” hazırladınız.
Kompas “əqrəbinin” mantarı necə hərəkətə gətirdiyini və uclarının səmtləşməsini
araşdırın (a).
Kompas “əqrəbini” mantarla birlikdə fırladın. “Əqrəb” dayandıqdan sonra onun uclarının
hansı istiqamətə yönəldiyinə diqqət edin.
Nəticəni müzakirə edin:
Hazırladığınız kompas “əqrəbinin” şimal və cənub qütblərini necə müəyyənləşdirmək olar?
Kompasın fırlatdığınız “əqrəbi” dayandıqdan sonra onun ucları hansı istiqaməti aldı?
Nə üçün?