• Maqnit sahəsi burulğanlıdır: maqnit induksiya xətləri həmişə qapalıdır, onların nə başlanğıcı, nə də sonu var.
Aydındır ki, maqnit sahəsinin ixtiyari nöqtəsindən yalnız bir induksiya xətti keçirmək olar, çünki maqnit sahəsinin induksiyası fəzanın ixtiyari nöqtəsində müəyyən istiqamətə malikdir. Bu o deməkdir ki, maqnit induksiya xətləri heç vaxt kəsişmir.
Maqnit induksiya xətlərinin mənzərəsini dəmir tozu (yonqarı) vasitəsilə daha aydın görmək olur. Belə ki, sabit maqnit sahəsinə səpilən dəmir tozunun hər dənəciyi kiçik maqnit əqrəbinə çevrilir, sahənin təsiri ilə induksiya xətləri boyunca səmtləşir.
Dəmir tozlarının yaratdığı bu mənzərə maqnit sahəsinin induksiya xətlərinin əyani təsvirini verir (d). Bu təsvir “maqnit spektri” adlanır. Bəzi hallarda elə maqnit sahəsi yaratmaq olur ki, onun maqnit induksiya xətləri bir-birinə paralel olub eyni sıxlıqda paylanır. Belə sahə bircins maqnit sahəsi adlanır. Bircins maqnit sahəsinə misal kimi nalşəkilli maqnitin qolları arasındakı sahəni göstərmək olar (bax: c).• | İş vərəqində verilən açar sözlərin mənasını şərh edin. Açar sözlər: • maqnit induksiyası • maqnit induksiyasının istiqaməti • maqnit induksiya xətləri • maqnit spektri • bircins maqnit sahəsi • |