Maqnit sahəsinin qüvvə xarakteristikası. Maqnit sahəsinin qüvvə xarakteristikası şərti olaraq maqnit sahəsinin induksiyası (və ya maqnit induksiyası) qəbul edilmişdir. O, hərfi ilə işarə edilir və maqnit sahəsinin bu sahədə yerləşən maqnitə (və ya maqnit xassəli cismə) təsirini xarakterizə edir. Maqnit induksiyası vektorial fiziki kəmiyyətdir.
• Maqnit sahəsinin induksiya vektorunun istiqaməti – bu sahənin verilmiş nöqtəsində yerləşən maqnit əqrəbinin şimal qütbünün yönəldiyi istiqamətdədir.
Maqnit induksiya xətləri. Bilirsiniz ki, maqnit sahəsi görünmür, lakin onun mənzərəsini maqnit induksiya xətləri (və ya maqnit qüvvə xətləri) ilə modelləşdirmək olur:
• Maqnit induksiya xətləri maqnit sahəsinin elə xətləridir ki, bu xətlərin hər bir nöqtəsinə çəkilən toxunan həmin nöqtədə maqnit induksiya vektoru ilə üst-üstə düşür (b).
Maqnit sahəsində maqnit əqrəblərinin əmələ gətirdiyi “zəncirlər” maqnit induksiya xətlərinin formasını verir. Maqnit induksiya xətləri maqnitin xaricində onun şimal qütbündən çıxır və cənub qütbünə daxil olur. Maqnitin daxilində isə maqnit induksiya xətləri davam edir və qapanır. Şəkildə düz və nalşəkilli maqnitlərin maqnit induksiya xətlərinin sxemi təsvir edilmişdir (c).