Məlumdur ki, elektrik sahəsinin bu sahəyə gətirilən yükə
təsiri elektrik sahəsinin intensivliyi ilə müəyyən edilir.
Elektrik sahəsinin intensivliyi vektorial kəmiyyət olub bu
sahədəki müsbət yükə təsir edən elektrik qüvvəsinin
istiqamətində yönəlir. Maqnit sahəsi də bu sahəyə gətirilən
maqnitə təsir göstərir, deməli, onun da qüvvə xarakteristikası
var.