Maddənin maqnit xassəsi temperaturdan necə asılıdır?
Sabit maqniti müəyyən temperatura qədər qızdırdıqda o, maqnit xassəsini itirir.
● Sabit maqnitlərin maqnit xassələrini itirdiyi temperatur Küri nöqtəsi adlanır. Məsələn, dəmir üçün Küri nöqtəsi 769°C temperaturdur.
Qeyd edək ki, sabit maqnitlərin yuxarıda tanış olduğunuz bu xassələri müxtəlif alimlər tərəfindən aparılan çoxsaylı araşdırmalar nəticəsində aşkarlanmışdır. Onlardan biri – ingilis həkimi Vilyam Hilbertdir.
• | O, 1600-cü ildə nəşr etdirdiyi “Maqnit, maqnit cisimlər və böyük maqnit –Yer haqqında” adlı kitabında sabit maqnitlərin xassələrini şərh etmişdir. |
• | Verilən açar sözlərdən istifadə edərək iş vərəqində sabit maqnitin xassələrinə dair öyrəndiyiniz məlumatları yazın. |
Açar sözlər
• | sabit maqnit • maqnit qütbü • şimal maqnit qütbü • cənub maqnit qütbü • birqütblü maqnit • Küri nöqtəsi • maqnitin orta xətti • |