Araşdırma
1
Maqnit xassəli cisim.
Təchizat: sabit maqnit, müxtəlif cisimlər: şurup, şüşə kürəcik,
mismar, qəpik, kağız parçası, pozan, kibrit dənəsi
və s.
İşin gedişi:
Maqniti masa üzərinə səpələnmiş müxtəlif cisimlərə
yaxınlaşdırın (
b). Hansı cisimlərin maqnitə cəzb olunduğunu,
hansıların isə cəzb olunmadığını araşdırın.
Nəticəni müzakirə edin:
- Maqniti cisimlərə yaxınlaşdırdıqda hansı cisimlər ona
cəzb olundu, hansı cisimlər isə masanın üzərində
qaldı? Nə üçün?
Tərkibi dəmir, polad, nikel, çuqundan ibarət olan cisimlər maqnitə cəzb
olunur. Maqnit mis və alüminiumdan hazırlanan cisimləri zəif cəzb etdiyi
halda, şüşə, taxta və plastmasdan hazırlanan cisimləri isə cəzb etmir.
Sabit maqnitlər hansı xassələrə malikdir?
Araşdırma
2
Maqnitin hansı hissəsində
maqnit təsiri daha böyükdür?
Təchizat: düz və nalşəkilli maqnitlər,
mismar və ya şurup dənələri.
İşin gedişi:
Mismarları masa üzərinə səpələyin.
Maqnitləri növbə ilə mismarlara toxunana
qədər yaxınlaşdırıb yuxarı
qaldırın və onların hansı hissəsinə
daha çox mismar yapışdığını
izləyin (
c).
Nəticəni müzakirə edin:
- Maqnitlərin hansı hissəsinə daha
çox mismar cəzb olundu, hansı
hissəsinə isə heç cəzb olunmadı?
- Təcrübə zamanı mismarların birbirini
cəzb etməsi hadisəsindən
hansı nəticəyə gəlmək olar?
• Maqnitdə maqnit təsiri daha güclü olan yerlər onun qütbləri adlanır.
Maqnitin qütblərindən uzaqlaşdıqca onun hissələrinin maqnit təsiri də
zəifləyir, həmin hissələr, məsələn daha az mismar cəzb edir. Düz maqnitin
orta hissəsində maqnit sahəsi ən zəif maqnit təsirinə malikdir.
Araşdırmadan məlum oldu ki, maqnitlərin dəmir cisimləri, məsələn, dəmir
mismarları maqnitləndirə bilmək xassəsi vardır. Maqnitlənən mismarlar digər
mismarları da özlərinə cəzb edir.