Bilirsiniz ki, p-n keçidinin kontaktlarında öz-özünə əksişarəli yüklər yaranır. Ona
görə də, bu kontaktlara qısamüddətli cərəyan yaradan mənbə kimi baxmaq olar. Əgər
p-n keçidi fasiləsiz işıqlandırılarsa, orada fasiləsiz olaraq yeni elektron-deşik cütləri
yaranar – fasiləsiz fəaliyyət göstərən ekoloji təmiz cərəyan mənbəyi alınar, məsələn,
günəş batareyası.
Termoelement və fotoelementlər Yerdə və kosmosda – əlçatmaz yerlərdə, bir çox
məişət cihazlarında istifadə olunan əsas cərəyan mənbələridir.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Fotoelementin işini yoxlayaq.
Təchizat: qalvanometr, fotoelement
(“Yarımkeçiricilərdə
elektrik cərəyanı” cihaz dəstindən),
açar, cib fənəri, birləşdirici
naqillər.
İşin gedişi:
1. Fotoelement, açar və qalvanometrdən
ibarət dövrə yığın (
f).
2. Açarı qapayıb dövrədə cərəyanın
yaranıb-yaranmadığını
araşdırın.
3. Açarın qapalı vəziyyətində
fotoelementin səthini fənərlə
işıqlandırın və baş verən hadisəni
müşahidə edin.
Nəticəni müzakirə edin:
• Fotoelementin səthini işıqlandırdıqda nə müşahidə etdiniz?
• Hadisənin başvermə səbəbini necə izah edərdiniz?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Termorezistor – ...
2. Termoelement – ...
3. Fotorezistor – ...
4. Fotoelement – ...
1. Rezistor və termorezistor bir-birindən nə ilə fərqlənir?
2. Termorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır?
3. Termoelement və termorezistor bir-birindən nə ilə fərqlənir?
4. Fotorezistor və fotoelement bir-birindən nə ilə fərqlənir?
5. Fotorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır?
6. Fotoelement nə üçün ekoloji təmiz cərəyan mənbəyi hesab olunur?