Rütubətdən və xarici mexaniki təsirlərdən qorumaq üçün yarımkeçirici diodlar hermetik
metal, yaxud plastmas gövdə daxilində yerləşdirilir. O, vakuum diodu ilə müqayisədə
bir sıra üstünlüklərə malikdir: miniatür ölçülüdür, elektrik enerjisinə “qənaətcildir”,
uzun müddət istismara yararlıdır (g).
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Hansı lampa daha parlaq işıqlanar?
Şəkildə yarımkeçirici diod və iki lampadan ibarət dövrə hissəsi
təsvir edilmişdir.
Nəticəni müzakirə edin:
• Hansı lampa daha parlaq (və ya daha zəif) işıqlanar? Nə üçün?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Elektron-deşik keçidi (və ya p-n keçidi) – ...
2. Düz keçid – ...
3. Tərs keçid – ...
4. Yarımkeçirici diod – ...
- Elektron-deşik keçiricilik nədir?
- İki müxtəlif tip yarımkeçirici kristalın toxunma sərhədində ikiqat təbəqə necə yaranır?
- Yarımkeçirici kristalların toxunma sərhədindəki ikiqat təbəqə p-n keçidində nə kimi rola
malikdir?
- p-n keçidinin başlıca xassəsi nədir?
- Yarımkeçirici diodun iş prinsipi nəyə əsaslanır?