Yarımkeçiricilərin xassələri ilə tanış olduqda müəyyən etdiniz
ki, onların elektrik keçiriciliyi bütün mühitlərin – metalların,
elektrolitlərin, qaz və vakuumun elektrik keçiriciliyindən tamamilə
fərqlənir. Müəyyən etdiniz ki, yarımkeçiricilərin elektrik keçiriciliyi
digər mühitlərlə müqayisədə xarici təsirlərə daha həssaslıqla
“reaksiya” göstərir: bu təsirlər nəticəsində keçiricilik
kəskin dəyişir. Belə xarici təsirlərdən biri də təmiz yarımkeçiricinin
tərkibinə kənar maddə – aşqar qatılmasıdır.