Yarımkeçirici kristal sabit elektrik dövrəsinə
qoşulduqda sərbəstləşmiş valent elektronları
sahənin intensivlik vektorunun əksi istiqamətində,
müsbət yüklü deşiklər isə sahənin
intensivlik vektoru istiqamətində nizamlı “hərəkət”
edərək elektrik cərəyanı yaradır (c).
Beləliklə, yarımkeçiricidə məxsusi elektrik keçiriciliyi yaranır:
• Təmiz yarımkeçiricilərin məxsusi elektrik
keçiriciliyi eyni sayda sərbəst elektronlar
və deşiklər tərəfindən yaranır.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Məsələ. Yarımkeçiricilərin elektrik keçiriciliyinin təbiətini metallarla müqayisə edin və
verilən cədvəli tamamlayın.
Elektrik keçiriciliyinin təbiəti |
Metallar |
Yarımkeçiricilər |
Daxili quruluşu |
... |
... |
Elektrik yükdaşıyıcıları |
... |
... |
Elektrik keçiriciliyinin temperaturdan
asılılığı |
Temperatur artdıqda
elektrik keçiriciliyi
azalır |
... |
Mütləq sıfır temperaturunda elektrik
keçiriciliyi |
... |
... |
Elektrik keçiriciliyində maddə daşınırmı? |
... |
... |
Nəticəni müzakirə edin:
• Yarımkeçiricilərin və metalların elektrik keçiriciliyinin oxşar və fərqli xüsusiyyətləri
nədir?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Yarımkeçirici maddələrə aiddir: ...
2. Yarımkeçiricilərin məxsusi elektrik keçiriciliyi – ...
3. Yarımkeçiricilərdə elektron keçiricilik – ...
4. Yarımkeçiricilərdə deşik keçiricilik – ...
- Hansı maddələrə yarımkeçirici deyilir?
- Yarımkeçiricilər kimyəvi elementlərin dövri sistemində hansı qrup elementləridir? Bu elementlər
digər qrup elementlərindən nə ilə fərqlənir?
- Kovalent və ya cüt-elektron rabitəsi nədir?
- Yarımkeçiricidə elektrik cərəyanını hansı yükdaşıyıcıların nizamlı hərəkəti yaradır?