Bir-birinə nəzərən perpendikulyar
yerləşdirilən kondensatorlar sistemi (5) elektron selini şaquli və üfüqi istiqamətlərdə
meyil etdirir. Meyiletdirici lövhələrdə verilən gərginlik müəyyən qanunla
dəyişdirilərsə, elektron seli də uyğun olaraq müxtəlif təsvirlər verir. Bu cür təsvirlər
monitor, ossiloqraf və televizor ekranlarında müşahidə olunur.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Vakuum diodu hansı məqsədlər üçün istifadə olunur?
Təchizat: vakuum diodunun sabit cərəyan dövrəsinə qoşulma sxemi.
İşin gedişi. Verilən sxemlərə əsasən vakuum diodu qoşulmuş sabit cərəyan dövrəsindən
cərəyanın keçib-keçmədiyini araşdırın:
- katod 6 V-luq cərəyan mənbəyinə qoşulmuş spiralla qızdırılır, lakin dövrənin ucları
açıqdır (e);
- anod cərəyan mənbəyinin müsbət, katod mənfi qutbünə birləşdirilmişdir (f);
- katod dövrənin müsbət, anod isə mənfi qütbünə birləşdirilmişdir (g).
Nəticəni müzakirə edin:
- Diodda közərmə teli nə üçündür?
- Katodu və anodu uyğun olaraq cərəyan mənbəyinin hansı qütbünə birləşdirdikdə elektrik
dövrəsindən cərəyan keçər, hansı qütbünə birləşdirdikdə isə cərəyan keçməz? Nə üçün?
Fərziyyənizi söyləyin.
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın
1. Termoelektron emissiyası ...
2. Vakuum diodu ...
3. Elektron-şüa borusu ...
- Vakuumda sərbəst elektronları necə almaq olar?
- Nə üçün lampalı diodda vakuum yaradılır?
- Vakuum diodunun iş prinsipi nədən ibarətdir? O hansı məqsədlər üçün istifadə edilirdi?
- Elektron-şüa borusunda elektron seli kondensator lövhələri arasından keçdikdə onun hansı
yüklü lövhəsinə doğru meyil edir?