Ş | |
Şüalanmanın udulma dozası | – cismin udduğu şüalanma enerjisinin onun kütləsinə nisbəti ilə ölçülən
fiziki kəmiyyətdir:
D = E
m. |
T | |
Termoelektron emissiyası | – elektronların yüksək temperatura qədər qızdırılan metalı tərketmə hadisəsidir. |
1 tesla | – elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induksiya
xətlərinə perpendikulyar yerləşən cərəyanlı düz naqilə, uzunluğu 1 m və
ondakı cərəyan şiddəti 1 A olduqda 1N qüvvə ilə təsir etsin:
[B] = 1N
A·m = 1kq A·san2 = 1Tl |
Toplayıcı linzanın baş fokusu | – toplayıcı linzada baş optik oxa paralel düşən işıq şüaları sındıqdan sonra kəsişdikləri nöqtəyə deyilir. F hərfi ilə işarə olunur. Toplayıcı linzanın baş fokus nöqtəsi həqiqidir, çünki həmin nöqtədə linzadan keçən şüaların özləri kəsişir. |
V | |
Vakuum | – havası olduqca seyrəkləndirilmiş (10 -3 - 10 -8 mm c.süt.) mühitdir. |
Vakuum diodu (və ya ikielektrodlu elektron lampası) | – iş prinsipi termoelektron emissiyasına əsaslanan, katod və anodddan ibarət ikielektrodlu vakuum balonudur |
Y | |
Yarımkeçirici | – sərbəst yükdaşıyıcılarının sayı xarici təsirlərdən (temperatur, işıqlanma, tərkibinə aşqar daxil etmək və s.) asılı olan maddədir. |
Yarımçevrilmə periodu | – izotopda olan nüvələrin yarısının radioaktiv çevrilməyə məruz qaldığı müddətdir. |