Nüvənin yük ədədi | – nüvədə olan protonların sayıdır. O, “Z” hərfi ilə işarə edilir və elementin aşağı indeksində yazılır: ZAX . |
Nüvə reaktoru | – idarəolunan zəncirvari nüvə reaksiyası əldə etməyə və onu istənilən qədər saxlamağa imkan verən qurğudur. |
O | |
Optika | – (yun. “optos” – görünən) fizikanın işıq və onun xassələrini öyrənən bölməsidir. |
P | |
Paramaqnitlər | – maqnit nüfuzluğu vahiddən azca böyük olan maddələrdir (μ > 1). Paramaqnitlər (Al, Li, O2, Na və s.) sabit maqnit tərəfindən zəif cəzb olunur. |
R | |
Rabitə enerjisi | – nüvəni sərbəst nuklonlara ayırmaq üçün lazım olan minimal enerjidir:
Erab = ΔE = Δmc2 və ya Erab = [Zmp + Nmn - MN] · c2.
|
Radioaktivlik | – atomların xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsidir. |
Radioaktiv çev- rilmə |
– bir radioaktiv nüvənin özbaşına digər nüvəyə çevrilməsidir. |
Rotor | – (lat. “roto” – fırladıram) mühərrikin fırlanan hissəsi olub statorun içərisində yerləşdirilir. Rotor silindrik içlikli çərçivə formasında olan elektromaqnitdən ibarətdir. O, bəzən lövbər də adlanır. |
S | |
Sabit maqnitlər (və ya sadəcə maqnitlər) | – maqnit xassəsini uzun müddət özündə saxlayan maddələrdir. |
Səpici linzanın baş fokusu | – səpici linzada baş optik oxa paralel düşən işıq şüaları sındıqdan sonra onların uzantılarının kəsişdiyi nöqtədir. Səpici linzanın baş fokus nöqtəsi mövhumidur, çünki həmin nöqtədə linzadan keçən şüaların özləri yox, uzantıları kəsişir. |
Sferik güzgü | – səthi işıq şüalarını güzgü kimi əks etdirən, sferik seqment formasında olan cisimdir. |
Stator | – (lat. “sto” – dayanıram) elektrik mühərrikinin tərpənməz hissəsidir və gövdəyə bərkidilmiş sabit maqnitdən, yaxud dəmir içlikli sarğacdan (elektromaqnitdən) ibarətdir. Stator bəzən induktor da adlanır. Onun vəzifəsi güçlü maqnit sahəsi yaratmaqdır. |
Snellen cədvəli | – görmə itiliyini yoxlamaq üçün istifadə olunan cədvəldir. O, müxtəlif hərflər yazılmış 11–12 sətirdən ibarətdir. Ən iri hərflər ilk sətirdə yerləşir, sətirdən-sətrə hərflərin ölçüləri tədricən kiçilir. Qüsursuz göz gərgin baxmadan birinci sətri 60 m, 9-cu sətirdəki hərfləri isə 6 m məsafədən görür. |