Elektromaqnit induksiyası |
– qapalı dolaq daxilində maqnit sahəsinin dəyişməsi ilə bu dolaqda elektrik cərəyanının yaranması hadisəsidir. |
Elektron-volt | – özündə bir elementar elektrik yükü daşıyan zərrəciyin gərginliyi 1V
olan elektrik sahəsində aldığı kinetik enerjiyə bərabərdir:
1 eV = eU = 1,6022 · 10-19Kl · 1V = 1,6022 · 10-19C,
1 keV = 103eV = 1,6022 · 10-16C,
Buradan alınır ki,
1 MeV = 106eV = 1,6022 · 10-13C.
1C = 1 1,6022 · 10-13MeV = 6,2414 · 1012MeV. |
F |
|
Ferromaqnitlər | – maqnit nüfuzluğu vahiddən çox böyük olan maddələrdir (μ >> 1). Ferromaqnitlər (Gd, Fe, Ni, Co və onların bəzi xəlitələri) sabit maqnit tərəfindən böyük qüvvə ilə cəzb olunur. |
Fokal müstəvi | – linzanın (və ya sferik güzgünün) baş fokus nöqtəsindən baş optik oxa perpendikulyar keçirilən müstəvidir. |
G | |
Gözün optik sistemini |
– gözdə işıq şüasını sındıran şəffaf elementlərin – buynuz təbəqə, ön kamera, büllur və daxili kameranın əmələ gətirdiyi sistemdir. |
X | |
Xüsusi rabitə enerjisi |
– nüvənin bir nuklonuna düşən rabitə enerjisidr: ε = Erab A |
İ | |
İfratkeçiricilik | – naqilin elektrik müqavimətinin sıfıra çevrildiyi temperaturdakı keçiriciliyidir. |
İnduksiya cərəyanı |
– qapalı dolaq daxilində maqnit sahəsinin dəyişməsi nəticəsində bu dolaqda yaranan elektrik cərəyanıdır |
İşığın qayıtma qanunu |
– düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən səthə qaldırılan perpendikulyar bir müstəvidə yerləşir. Qayıtma bucağı düşmə bucağına bərabərdir. |
İşığın sınması | – işıq şüası bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz istiqamətini dəyişməsidir. |
İşığın sınma qanunu |
– düşən şüa, sınan şüa və şüanın düşmə nöqtəsindən iki mühitin sərhədinə
qaldırılan perpendikulyar bir müstəvi üzərində yerləşir. Düşmə bucağı
sinusunun sınma bucağı sinusuna olan nisbəti verilən iki mühit üçün
sabit kəmiyyət olub, ikinci mühitin sındırma əmsalının birinci mühitin
sındırma əmsalına nisbətinə bərabərdir:
sinα
Burada n1 və n2 uyğun olaraq birinci və ikinci mühitin, n isə nisbi
sındırma əmsalıdır.
sinγ = n2 n1 |
İstilik nüvə reaksiyası | – çox yüksək temperaturlarda yüngül nüvələrin birləşmə (sintez) reaksiyasıdır. |