Hidrogen bombası. İdarəedilməyən istilik nüvə reaksiyası hidrogen bombasının partladılması ilə əldə edilmişdir. Bombanın partlayıcı başlığını deyterium-litium qarışığından ibarət LiD adlanan maddə təşkil edir. Alışdırıcı (detonator) kimi atom bombasından istifadə olunur. Əvvəlcə hidrogen bombasının daxilində atom bombası partladılır. Nəticədə temperatur kəskin artır və güclü neytron seli yaranır. Neytronların litium izotopu ilə birləşmə reaksiyası baş verir. Sintez nüvə reaksiyasından helium və tritium nüvələri yaranır:
01n + 36Li → 24He + 13H. (1)
Deyterium və litium nüvələrinin yüksək temperaturda neytronla birləşməsindən idarəedilməyən istilik nüvə reaksiyası baş verir – külli miqdarda enerji ayrılır və hidrogen bombası partlayır (a).
– | Hansı bombanın partlaması nəticəsində ayrılan enerjinin hər nuklona düşən miqdarı daha böyükdür: atom, yoxsa hidrogen bombasının? |
Nə öyrəndiniz