• Külək enerjisi – ekoloji cəhətdən təmiz, həm də tükənməyən enerjidir. 2009-cu ildə Xızı rayonunun Şurabad kəndi yaxınlığında 2 külək enerjisi qurğusu (KEQ) quraşdırılıb. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kVt-saat elektrik enerjisi istehsal olunmuşdur. Bu elektrik enerjisi Xızı rayonunun tələbatını 50 faiz ödəməklə yanaşı, istehlakçıları “yaşıl enerji” ilə təmin edir.
• Suyun enerjisi – enerji istehsalına görə ikinci yerdə SES-lər gəlir. Burada enerji tükənən, lakin bərpa olunan su axını əsasında istehsal edilir. Azərbaycanda təkcə Kür çayının üzərində üç böyük SES tikilmişdir.
• Okean və dəniz enerjisi – bu enerji okean və dəniz sularının qabarma və çəkilmələrindən, dalğalar və axınlardan alınır. O, böyük miqdarda enerjini kiçik bir sahədən əldə etməyə imkan verən tükənməz və ən ucuz başa gələn enerji növüdür.
Təqdimatın hazırlanma planı
1-ci slayd |
• Təqdimatın adı • Hazırlayan (sinif, şagirdin adı, soyadı) |
2-ci slayd | • “Alternativ enerji” dedikdə, nə başa düşülür? |
3-cü slayd | • Tükənən enerji mənbələri: nümunələr göstərin • Tükənən enerji mənbələrindən istifadə texnologiyaları |
4-cü slayd | • Tükənməyən enerji mənbələri: nümunələr göstərin • Tükənməyən enerji mənbələrindən istifadə texnologiyaları |
5-ci slayd | • Azərbaycanda tükənməyən alternativ enerji mənbələri, onlardan istifadə imkanları və perspektivləri |
6-cı slayd | • Azərbaycanda tükənən alternativ enerji mənbələri, onlardan istifadə imkanları və perspektivləri |