İnsanın xəstələnmiş daxili orqanlarının şüalandırılması nəticəsində hər 1 q canlı toxuma 108 ədəd α-zərrəcik udur. Bir α-zərrəcik 8,3 · 10-13C enerjiyə malikdirsə,
hər 1q canlı toxumanın şüalanma dozası nə qədərdir?
γ-şüalanma mənbəyinin 1 saniyədə şüalanma dozası 98,5 · 10-4Qr-dir. Radiasiya
mənbəyi yaxınlığında duran adamın 1 saatda aldığı şüalanma dozasını təyin edin. Bu
doza onun üçün nə dərəcədə təhlükəlidir?
Şəkildə nüvə reaktorunun sxemi təsvir edilmişdir. Uyğun rəqəmlərlə onun hansı
hissələri göstərilmişdir?
Nüvə reaktorunda qrafit və su yavaşıdıcı kimi istifadə olunur ki, bunların məqsədi....
A) ... radioaktiv nüvə bölünməsi reaksiyasının həyata keçirilmə ehtimalını azaltmaq
üçün sürətli neytronları yavaşıtmaq;
B) ... radioaktiv nüvə bölünməsi reaksiyasının həyata keçirilmə ehtimalını artırmaq
üçün sürətli neytronları yavaşıtmaq;
C) ... partıayışın baş verməməsi üçün radioaktiv nüvə bölünməsi reaksiyasını
yavaşıtmaq
D) ... reaktoru asan idarə etmək üçün radioaktiv nüvə bölünməsi reaksiyasını
yavaşıtmaq;
E) ... bölünmədən alınan qəlpələrin kinetik enerjisindən istifadə etmək üçün bu
qəlpələri yavaşıtmaq.
AES-də elektrik enerjisi hansı enerji çevrilmələri ardıcıllığından alınır? Enerjilərin
çevrilmə ardıcıllığını sıralayın.