Yaradıcı tətbiqetmə
Araşdırma
2
Atom-elektrik stansiyasının işi nəyə əsaslanır?
Təchizat: atom-elektrik stansiyasının (AES) prinsipial sxemi.
İşin gedişi: AES-in prinsipial sxemini diqqətlə nəzərdən keçirin (
b) və onun iş prinsipini
araşdırın.
Nəticəni müzakirə edin:
• AES-də ardıcıl olaraq hansı enerji çevrilmələri baş verir?
• AES-in partlamaması üçün hansı şərt ödənilməlidir?
• AES-də elektrik enerjisinin alınma texnologiyasını izah edin.
• Nüvə reaktoru daha haralarda tətbiq olunur?
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Nüvə reaktoru – ...
2. Nüvə yanacağı – ...
3. Tənzimləyici çubuqlar – ...
4. İstilik ötürücüsü – ...
5. Neytron yavaşıdıcısı – ...
1. Nüvə reaktoru nədir və ondan hansı məqsədlərlə istifadə olunur?
2. Nüvə reaktorunda neytronların artma əmsalı necə tənzimlənir?
3. Nüvə reaktorunda enerji ayrılması nəyin hesabına baş verir?
4. AES-in istilik elektrik stansiyaları ilə nə kimi oxşar və fərqli cəhətləri var?