• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Radioaktiv şüalanmanın tərkibi ...
2. Şüalanmanın udulma dozası – ...
3. Şüalanmanın udulma dozasının təbii fonu – ...
4. Dozimetr ...
1. Radioaktiv şüalanma nə üçün insan və digər canlı orqanizmlər üçün təhlükəlidir?
2. Hansı şüalanmadan qorunmaq çox çətindir? Nə üçün?
3. Radioaktiv şüalanmadan necə qorunmaq olar?
4. Şüalanmanın udulma dozası nə deməkdir və insan üçün hansı doza ölümcüldür?
5. Şüalanmanın udulma dozasının miqdarını necə təyin etmək olar?
4.15
Öyrəndiniz ki, zəncirvarı reaksiyada neytron
udan uran nüvəsindən 2–3 yeni nəsil neytron
atılır, kənara iki yeni nüvə qəlpəsi sıçrayır və 200
MeV enerji ayrılır. Yeni nəsil neytronlar isə
qarşılarına çıxan başqa uran nüvələri tərəfindən
udulur: yeni nəsil neytronlar, nüvə qəlpələri və
enerji ayrılması prosesləri sel artımı şəklini alır.
Araşdırma
1
Nüvə enerjisini dinc məqsədlərə yönəltmək olarmı?
Məsələ. Verilən natamam zəncirvarı
nüvə reaksiyasını iş vərəqinə köçürün.
Elementlərin dövri sistemi cədvəlindən
istifadə etməklə nöqtələrin yerinə reaksiyalarda
yaranan uyğun nüvə qəlpələrinin
simvollarını yazın.
Nəticəni müzakirə edin:
- Bu zəncirvarı nüvə reaksiyasını necə
tənzimləmək olar?
- Zəncirvarı nüvə reaksiyası zamanı ayrılan
enerjini digər enerjilərə çevirmək
olarmı? Fərziyyələrinizi söyləyin.
Nüvə enerjisindən dinc məqsədlərlə istifadənin başlıca problemi idarəolunan
zəncirvari nüvə reaksiyasının alınmasına – nüvə enerjisinin çox qısa müddətdə
partlayış şəklində deyil, əksinə, uzun müddət kiçik dozalarla alınmasına nail
olmaqdır.