Şüalanmanın udulma dozasının BS-də vahidi qreydir (Qr).
[D] = [E]
[m] = 1 C
kq = 1Qr.
• 1 Qr şüalanmanın elə udulma dozasıdır ki, şüalanmaya məruz qalan cismin hər 1 kq kütləsi ionlaşdırıcı şüalanmadan 1C enerji udsun.
Mənbəyin şüalanma dozası isə rentgenlə (R) ifadə olunur:
1R ≈ 0,01 Qr.
Günəş radiasiyası, kosmik şüalar, Yer qabığının və ətraf mühitin radiasiyası şüalanmanın udulma dozasının təbii fonunu təşkil edir. O, ildə hər bir insan üçün 0,002 Qr-dir. İnsanın çox qısa müddətdə aldığı 3–10 Qr şüalanma dozası onun üçün ölümcül hesab olunur.
Dozimetr. Radioaktiv şüalanma haqqında məlumat almaq üçün onun tərkibindəki zərrəcikləri və ya γ-şüalanmanı qeyd edən sayğacdan – detektordan istifadə olunur. Praktikada ən çox Heyger sayğacından – zərrəcikləri avtomatik sayan dozimetrdən istifadə olunur. Sayğac şüşə borudan ibarətdir. Borunun daxili divarı metal folqa ilə – katodla örtülmüşdür. Borunun oxu boyunca nazik naqil – anod keçirilmişdir (a).
Anod və katod arasında yüksək gərginlik yaradılır. Boru kiçik təzyiqə malik neon və ya arqon qazı ilə doldurulur. Radioaktiv şüalanmanın tərkibində olan yüklü zərrəciklər balona daxıl olduqda oradakı qazı ionlaşdırır: elektronlar anoda, müsbət ionlar isə katoda doğru istiqamətlənir. Sayğacdan keçən cərəyan şiddəti kəskin artır və rəqəmsal qurğu tərəfindən qeyd edilir (bax: a).