• Zəncirvarı nüvə reaksiyasının getməsi üçün tələb olunan ən kiçik uran kütləsi böhran kütlə adlanır.
Böhran kütlə kürə formalı uran92235U izotopu üçün 48 kq, plutonium 94239Pu izotopu üçünsə 10 kq-dır.
Atom bombası. Atom bombasının partladılması zəncirvarı nüvə reaksiyası sayəsində baş tutur. Bu məqsədlə hər birinin kütləsi böhran kütləsindən cüzi kiçik olan iki ağır nüvə maddəsindən istifadə edilir (b): birincisi, uran-235 izotopundan hazırlanan metal kapsul, ikincisi, bu kapsulun daxilində yerləşdirilən plutonium-239 maddəsi. Böhran kütlələri az olduğundan onların hər birində ayrı-ayrılıqda zəncirvarı reaksiya getmir.
Lakin bombanın daxilində yaradılan kiçik partlayış bu iki maddəni birləşdirir, sürətli idarəolunmaz zəncirvarı reaksiya, nüvə partlayışı baş verir. Partlayış zamanı temperatur dərhal milyonlarla dərəcəyə yüksəlir, uran kapsulu və bütün maddələr bir anda buxara çevrilir. Qaynar plazma sürətlə genişlənərək qarşısına çıxan hər şeyi yandırır və dağıdır.
ε = (8,5 - 7.6) MeV
nuklon = 0,9 MeV
nuklon.
ε = 200 · 2,6 · 10 24 MeV = 5,2 · 10 26 MeV = 8,3 · 1013 C.
Təyin edin: 48 kq uran-235 izotopunun zəncirvarı reaksiyasından nə qədər enerji ayrılar?