Məsələn, uran-235 nüvəsinin eyni enerjili neytronlarla toqquşması nəticəsində yeni neytronların yaranması və külli miqdarda enerji ayrılması ilə müşayiət olunan müxtəlif nüvələr alınır – şəkildə göstərilən nüvə reaksiyalarından ixtiyari biri baş verə bilər (b).
Uran nüvəsinin bölünmə mexanizmi. Bu mexanizmi nüvəni damlaya bənzətməklə Nils Bor izah etmişdir. Onun fikrincə, nüvə elektrik yüklü nuklonlar toplusundan ibarət maye damlasına bənzəyir. Bu damla neytronla toqquşduqda həyəcanlanır. Nuklonlar arasında mövcud olan cazibə xarakterli nüvə qüvvələri ilə itələmə xarakterli Kulon qüvvələri arasındakı balans pozulur. Nüvə deformasiya edərək uzunsov forma alır və onun uclarındakı nuklonlar bir-birindən aralanır. Nəticədə nuklonlar arasındakı Kulon qüvvələrinin təsiri nüvə qüvvələrinin təsirini üstələyir və nüvə iki qəlpəyə bölünür (bax: a). Uran nüvəsinin bölünməsi zamanı orta kütləli kimyəvi elementlərin nüvələri, məsələn, barium və kripton nüvələri yaranır. Nüvə reaksiyasında kütlənin azalması baş verdiyindən bu azalmaya ekvivalent böyük miqdarda enerji ayrılır.
Nüvənin bölünmə prosesi iki-üç (reaksiyadan asılı olaraq daha çox ola bilər) yeni nəsil neytronların buraxılması ilə nəticələnir. Bölünmədən alınan orta kütləli nüvələrdə neytron-proton sayı nisbəti ağır nüvədəki uyğun nisbətdən az olduğundan artıq qalan neytronlar kənara atılır.
92235U + 01n →92236U → 3691Kr + ... + 201n;
92235U + 01n → 92236U → 51133Sb + 4199Nb + ... 01n;
92235U + 01n → 92236U → ...+ 42102Mo 301n; → 92235U → 3590Br + ... + 01n;
Nə öyrəndiniz