4.12
Alimlər nüvənin quruluşunu, habelə nuklonlar arasındakı
rabitə enerjisinin nüvənin kütlə ədədindən asılı olduğunu
bildikdən sonra nüvəni daha dərindən öyrənməyə başladılar.
Onlar müxtəlif elementlərin nüvələrini sürətli zərrəciklərlə –
protonlar, α-zərrəciklər, neytronlar və β-zərrəciklərilə bombardman
etməklə nüvədə baş verən prosesləri araşdırdılar.
Bu araşdırmalar gözlənilmədən yeni bir kəşflə nəticələndi.
Müəyyən edildi ki, ağır nüvələr neytronlarla bombardman
edildikdə onlar yeni neytronların yaranmasıyla müşayiət
olunan iki qəlpəyə – nisbətən orta kütləli kimyəvi elementlərin
nüvələrinə bölünür.
Araşdırma
1
Uran nüvəsinin neytronla bombardman edilməsi zamanı gözlənilməz hadisə baş verdi...
Məsələ. 1938-ci ildə alman alimləri Otto Han və Fris Ştrassman neytronlarla bombardman
edilən ağır
uran nüvəsinin bölünməsi reaksiyasını kəşf etdilər. Bu reaksiya zamanı neytronu
udan uran-235 izotopu yeni izotopa çevrilir. Lakin yaranan bu izotop dayanıqsız olub
dərhal orta kütləli iki nüvəyə bölünür. Reaksiya zamanı üç yeni eyni zərrəcik yaranır (
a). Nüvə
reaksiyası zamanı alınan
AZY izotopunu və yeni yaranan zərrəcikləri təyin edin.
Nəticəni müzakirə edin:
- Əgər yeni yaranan zərrəciklərin hər birinin qarşısına uran-235 nüvəsi çıxsa, nə baş
verərdi?
- Bu reaksiyada qeyri-adi olan nədir: öyrəndiyiniz digər nüvə reaksiyalarından o nə ilə
fərqlənir?
Ağır nüvələrin bölünməsi. Təcrübələrdən müəyyən olunmuşdur ki, eyni şəraitdə
ağır nüvələrin neytronlarla bombardman edilməsi zamanı qeyri-adi hadisələr baş verir:
– orta kütləli kimyəvi elementlərin nüvələri yaranır;
– yeni nəsil neytronlar yaranır;
– yeni nəsil neytronlar yeni-yeni nüvə reaksiyaları yaradır və onları artan silsilə
ilə davam etdirir;
– böyük miqdarda enerji ayrılır.