80197Hg + -10e = 79197Au
Lakin alınan qızıl izotopu 5–10 dəqiqədən sonra öz-özünə yenidən civəyə çevrildi.• | İzotopun zərrəciklərlə bombardman edilməsi nə deməkdir? |
• | İzotop hansı zərrəciklə bombardman edildikdə o, başqa kimyəvi elementin nüvəsinə çevrilə bilər? Nə üçün? |
• | Hansı kimyəvi element öz-özünə başqa elementə çevrilə bilər? Nə üçün? |
Bir nüvənin digər nüvəyə çevrilməsi yalnız radioaktiv çevrilmə ilə baş vermir. Nüvənin tərkibinin dəyişməsi həm nüvələrin bir-biri ilə, həm də nüvələrin digər zərrəciklərlə qarşılıqlı təsirindən də dəyişə bilir.
• Atom nüvəsinin hər hansı zərrəciklə qarşılıqlı təsirindən digər atom nüvəsinə çevrilməsi nüvə reaksiyası adlanır.
Nüvə reaksiyasının baş verməsi üçün qarşılıqlı təsirdə olan zərrəciklər və ya nüvələr bir-birinə nüvə qüvvələrinin təsir dairəsinə qədər (≈ 10-15m) yaxınlaşmalıdır. Bu məqsədlə həmin zərrəciklərə yüksək kinetik enerji verilməlidir. Zərrəciklərə yüksək kinetik enerji vermək üçünsə elementar zərrəciklərin sürətləndiricisi adlanan xüsusi qurğudan istifadə olunur. Şəkildə elementar zərrəciklərin onlarca kilometr uzunluğunda olan müasir yeraltı sürətləndirici qurğusunun şəkil-sxemi təsvir edilmişdir (a).