4.8
Radioaktiv izotopların nüvələrinin
spontan olaraq çevrilməyə məruz
qaldıqlarını öyrəndiniz.
Araşdırma
1
Nüvələrin radioaktiv çevrilməsini
modelləşdirək.
Təchizat: bir tərəfi rəngli olan 100 ədəd kağız kvadrat (1x1 sm
ölçüdə) – bunlar “radioaktiv nümunədəki nüvələrdir”, stəkan.
İşin gedişi:
- Kvadratları (“nüvələri”) stəkana töküb bir neçə dəfə
intensiv çalxaladıqdan sonra masanın səthinə boşaldın.
- Rəngli səthi sizə tərəf düşən kvadratları sayıb 4.1 cədvəlində qeyd edin və onları
yenidən stəkana tökün – bunlar “radioaktiv çevrilməyə məruz qalmayan nüvələrdir”.
Digər kvadratları isə kənara qoyun – bunlar “çevrilməyə məruz qalan nüvələrdir”.
- Stəkanı intensiv çalxalayıb kvadratları masanın səthinə boşaldın, yenə rəngli səthi
sizə tərəf düşən kvadratları sayıb cədvəldə qeyd edin. Beləliklə, sizdə rəngli kvadrat
qalmayana qədər təcrübəni təkrarlayın.
- Təcrübələrdən aldığınız bütün nəticələri cədvəldə qeyd edin və stəkandan düşən
rəngli kvadratların sayının təcrübənin sayından asılılıq qrafikini qurun.
Cədvəl 4.1.
Təcrübənin sayı (n) |
0 |
1 |
2 |
3 |
4 |
5 |
... |
Stəkandan düşən rəngli kvadratların
sayı – “çevrilməyə məruz qalmayan
nüvələrin” sayı (N) |
100 |
... |
... |
... |
... |
... |
... |
Nəticəni müzakirə edin:
- Təcrübənin hər bir mərhələsində stəkandan düşən kvadratlardan neçəsi rəngli kvadrat
oldu – hər mərhələdə ümumi saydan neçə “nüvə radioaktiv çevrilməyə məruz
qalmadı”?
- Təcrübənin hər bir mərhələsində “radioaktiv çevrilməyə məruz qalmayan nüvələrin”
sayı necə dəyişdi? Bu dəyişmədə müəyyən qanunauyğunluq müşahidə olundumu?
İxtiyari izotopun radioaktiv çevrilmə sürəti maddənin kütləsindən, yəni nüvələrinin
sayından asılı deyildir. Hər bir radioaktiv izotop üçün müəyyən müddət vardır
ki, həmin müddətdə onun nüvələrinin yarısı çevrilməyə məruz qalır.
• Radioaktiv nüvələrin yarısının çevrilməyə məruz qaldığı müddət – yarımçevrilmə
periodu adlanır.
Yarımçevrilmə periodu T hərfi ilə işarə edilir və BS-də vahidi – saniyədir.
Fərz edək ki, başlanğıc anda (t0) izotop N0 sayda nüvəyə malikdir. Yarımçevrilmə
perioduna bərabər müddətdən (t1 = T) sonra izotopda radioaktiv çevrilməyə
məruz qalmayan nüvələrin sayı N1 = N0
2 olur.