Radioaktiv yerdəyişmə qaydası. Radioaktiv α-çevrilmədə X nüvəsi α-zərrəcik (24He) şüalandırmaqla yeni Y nüvəsinə çevrilir – radioaktiv yerdəyişmə baş verir:
Göründüyü kimi, α-çevrilmədə nüvənin yük ədədi 2 vahid, kütlə ədədi isə 4 vahid azalır. Nəticədə element öz yerini dəyişərək dövri sistemin iki xana əvvəlindəki elementə çevrilir.
Radioaktiv β-çevrilmədə X nüvəsi β-zərrəcik (-10e) şüalandırmaqla yeni Y nüvəsinə çevrilir – radioaktiv yerdəyişmə baş verir:
Beləliklə, β-çevrilmədə nüvənin yük ədədi 1 vahid artır, kütlə ədədi isə dəyişmir. Nəticədə element dövri sistemdə bir xana sonrakı elementə çevrilir.
γ-şüalanmada nüvənin kütlə və yük ədədləri dəyişməz qalır – radioaktiv yerdəyişmə baş vermir.
• Bütün nüvə reaksiyaları üçün mütləq şəkildə kütlə və yük ədədlərinin saxlanması qanunları ödənilir.
Nə öyrəndiniz
• | Verilən natamam cümlələri iş vərəqinə köçürün və onları tamamlayın: 1. Radioaktiv çevrilmə – ...; 2. Spontan şüalanma – ...; 3. Radioaktiv α-çevrilmədə – ...; 4. Radioaktiv β-çevrilmədə – ...; 5. Radioaktiv γ-çevrilmədə – ... |