Bütün kimyəvi elementlər izotoplara malikdir. Məsələn, təbiətdə olan oksigen üç
izotopun qarışığından ibarətdir: 16O, 17O, 18O,
(b). Onlardan ən çox yayılanı 16O
izotopudur – 99,8%.
İzotoplar, adətən, onların kütlə ədədi ilə adlanır, məsələn, uran izotopları:
uran–235, uran–238, uran–239 və s.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Məsələ.
Şəkildə üç izotopun
planetar modelinin sxemi təsvir
edilmişdir (
c). Sxemləri iş
vərəqinə köçürün və nöqtələrin
yerinə uyğun izotopun simvolunu,
protonların, neytronların və elektronların
sayını qeyd edin.
• |
İş vərəqində verilən açar sözlərdən istifadə etməklə qısa
məlumat yazın. |
Açar sözlər: •izotop • atom • kütlə ədədi • yük ədədi • elm və
texnika • istehsalat•
1. İzotop nədir?
2. Nə üçün eyni elementin izotopları kimyəvi xassələrinə görə fərqlənmir?
3. Radioaktiv izotoplardan hansı məqsədlər üçün istifadə edilir?
4. Uranın iki izotopunun
92235U və
92239U nüvəsi bir-birindən nə ilə fərqlənir?