• Nüvənin yük ədədi – nüvədə olan protonların sayıdır. O, Z hərfi ilə işarə edilir
və elementin aşağı indeksində yazılır.
Beləliklə, ixtiyari kimyəvi element
ZAX şəklində ifadə edilə bilər. Burada X –
kimyəvi elementin simvoludur. Məsələn, oksigen nüvəsi üçün kütlə ədədi A = 16,
yük ədədi isə Z=8 olduğuna görə belə yazılır: 16O.
Proton kütlə ədədi 1 atom kütlə vahidinə (1 a.k.v. 1,6605 · 10-27kq), yük
ədədi isə 1 elementar yük vahidinə bərabər olduğuna görə
simvolu ilə işarə edilir.
Neytronun kütlə ədədi 1 a.k.v., yükü isə sıfıra bərabər olduğundan o,
simvolu ilə
işarə edilir.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
Kimyəvi elementin simvolunun “oxunması”.
Məsələ. İki kimyəvi elementin simvoluna görə bu elementlərin uyğun xarakteristikalarını
təyin edin:
• Protonlarının sayı – …
• Neytronlarının sayı – …
• Elektronlarının sayı – ...
• Nüvənin yükü: qFe = Z 1,66 · 10 -19 Kl =
• Kütlə ədədi – ...
• Protonlarının sayı – …
• Neytronlarının sayı – …
• Elektronlarının sayı – ...
• Nüvənin yükü: qBe = Z 1,66 · 10 -19 Kl =
• Kütlə ədədi – ...
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
- Hansı zərrəcik proton adlandırılır?
- Nə üçün nüvənin ikinci zərrəciyi neytron adlandırılır?
- Kimyəvi elementin nüvəsindəki neytronların sayını necə müəyyən etmək olar?
- Nə üçün müsbət yüklü protonlar arasında mövcud olan itələmə xarakterli Kulon qüvvələri
onları bir-birindən uzaqlaşdırıb nüvəni dağıtmır?